Həsən I Universitetinin Professorları Məhkəmədə: Yüksək qiymət almaq üçün tələbələrdən seks tələbi

0

Mərakeşin aparıcı universitetinin 4 professoru seks qarşılığında tələbələrə yüksək qiymət verməkdə ittiham olunub.

Alimlər azğınlığa təhrik, gender ayrı-seçkiliyi və qadınlara qarşı zorakılıqda ittiham olunublar. Bu, Mərakeşdə ali təhsil müəssisəsində baş verən son cinsi təcavüz qalmaqalıdır.

Qeyd edilir ki, ancaq bu cür şikayətlər nadir hallarda məhkəməyə gəlir.

Kasablankadan təxminən 80 km cənubda, Settat şəhərindəki Həsən I Universitetinin professorları tələbələri cinsi istismara məruz qoyub.

Sentyabr ayında müəllimlər və tələbələr arasında olduğu iddia edilən bu biabırçılıq, sosial mediaya sızmış və üzə çıxmışdı.

Mediya xəbər verir ki, bu iş Mərakeşdə qəzəbə səbəb olub, lakin buna təəccüblənilməyib, çünki, belə qalmaqalların silsiləsi son illərdə Mərakeş universitetlərinin reputasiyasını ləkələyib.

Hüquqçular deyirlər ki, bu, cinsi zorakılığın geniş yayıldığı və bir çox qadınların qisas almaqdan və ya özlərinin və ailələrinin reputasiyasının zədələnməsindən ,qorxaraq başlarına gələnləri bölüşməkdə əminlik hiss etmədiyi cəmiyyətin əlamətidir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »