ADA Universitetində “İnklüziv təhsildə əməkdaşlığın əhəmiyyəti” adlı konfrans təşkil olundu – FOTOLAR

0

Beynəlxalq Əlillər Günü ilə əlaqədar olaraq dekabrın 3-ü və 4-ü Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf fondunun “BİR- Biz İmkansızı Reallaşdıraq” qrant layihəsi çərçivəsində ADA Universitetində “İnklüziv təhsildə əməkdaşlığın əhəmiyyəti” adlı konfrans təşkil olunub.

Konfransda öncəliklə, ADPU-nun  İbtidai təhsil fakültəsinin baş müəllimi, inklüziv təhsil üzrə təlimçi ped.f.d Gülşən Eminova inklüziv təhsillə bağlı geniş və məlumatlandırıcı məruzəylə, layihə rəhbəri və ADA məktəbinin müəllimi Esmira Tahirova, layihə icraçıları və eləcə də, ADA məktəbinin müəllimləri Ərkinaz Rəsulzadə və Sevinc Quliyeva isə “İnklüziv təhsildəki yanaşma metodları və sosial model” adlı təqdimatla çıxış etmiş, konfrans iştirakçılarıyla tibbi model və sosial modelin oxşar və fərqli məqamları, tibbi modelin əlilliyi olan şəxslərə qarşı yanaşması, sosial model əsasında  əlilliyi olan şəxslərin cəmiyyətə adaptasiya olunması  mövzuları əsasında müzakirələr aparılıb. Həmçinin, ADA məktəbinin müəllimi fil.f.d İlahə Hacıyeva, Bakı şəhəri 11 nömrəli xüsusi təhsil məktəbinin müəllimi Zivər Xanlarova, Autizm Defektoloji Psixoloji Yardım Cəmiyyətinin müdir köməkçisi Samirə Mustafayeva məktəbəqədər və ibtidai  təhsil pilləsində əlilliyi olan uşaqların tədris prosesinə cəlb olunmasıyla bağlı öz təcrübələrini konfrans iştirakçıları ilə paylaşıblar.

Konfransın ikinci günü isə tətbiqetmə mərhələsinə ayrılmış və inklüziv təhsildə dərs prosesinin təşkil edilməsiylə bağlı 6 model konfrans iştirakçılarının qruplar şəklində təqdimatı əsasında müzakirə olunmuş və dəyərləndirilmişdir. Bundan başqa əlilliyi olan Murad Hüseynov, Elnarə Ramazanova, autizm spektrlı övlad sahibi Zəhra Xələfova cəmiyyətin əlilliyi olan şəxslərə münasibəti, təhsil almalarındakı yaranmış çətinliklər və onların uğurla dəf edilməsiylə bağlı motivsiyaedici çıxış etmişlər. Sonda konrans məruzəçiləri və iştirakçılarına sertifikat təqdim edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »