“Paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir”.
İctimairey.az –a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən daxil olan məlumata görə bildirir ki, məsələ ilə əlaqədar, rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir:
Qeyd edək ki, paytaxtın Suraxanı rayonu 282 saylı orta məktəbində nizam-intizam qaydalarının kobud şəkildə pozulduğu iddia edilir. Sosial şəbəkələrdə edilən paylaşımda iddia olunur ki, məktəbdə sagird sinifdə şalvarını çıxarır, qız uşaqlarını küçə söyüşləri ilə təhqir edir və buna səlahiyyəti şəxslər müdaxilə etmir:
“Yeddinci sinifdə təhsil alan şagird müəllimləri söyür, məktəbə bıçaq gətirib hamını hədələyir, polisə müraciət olunur, anası məktəbə hücum çəkir, polisi də söyüb təhqir edir. Amma polis gözünün qarşısında baş verən bu cinayətə reaksiya vermir, tədbir görmür. Böyük ehtimalla, o uşaq kimisə bıçaqlayacaq. Əlacı kəsilən valideynlər məktəbin qarşısında etiraz aksiyası keçirmək istəyirlər”.