Rusiya və Hindistan birlikdə Əfqanıstana kömək edəcəklər

0

Rusiya və Hindistan Əfqanıstana təcili humanitar yardım göstərəcək.

İctimairey.az xəbər verir ki, bu barədə bu gün, dekabrın 6-da Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi Nyu Dehlidə danışıqların yekunu üzrə razılığa gəliblər.

Kremlin saytında dərc olunmuş birgə bəyanatda deyilir ki, liderlər sülh, təhlükəsiz və sabit Əfqanıstana güclü dəstək ifadə etməklə yanaşı, ölkənin suverenliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin və onun daxili işlərinə qarışmamağın təmin edilməsinin vacibliyini vurğulayıblar.

“Onlar həmçinin ölkədəki humanitar vəziyyəti müzakirə edib və Əfqanıstan xalqına təcili humanitar yardımın göstərilməsinə dair qərar qəbul ediblər”, – sənəddə deyilir.

Bundan əlavə, Putin və Modi “Əfqanıstan heç vaxt qlobal terrorizm üçün təhlükəsiz sığınacaq olmamaq üçün” terrorizmin bütün forma və təzahürləri ilə mübarizəyə, o cümlədən onun maliyyələşdirilməsinə, terror infrastrukturunun ləğvinə və radikallaşmaya qarşı mübarizəyə qəti sadiq olduqlarını bəyan ediblər.

Əfqanıstan ərazisindən sığınacaq, hazırlıq, əməliyyatların planlaşdırılması və ya hər hansı terrorçu qrupların, o cümlədən İD, Əl-Qaidə, Ləşkəri-Taibə və s.-nin maliyyələşdirilməsi üçün istifadə edilməməlidir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »