Bandiaqara şəhəri yaxınlığındakı bazara tacirləri aparan avtobusa hücum edilib. Malinin mərkəzində törədilən terror aktı nəticəsində azı 31 nəfər ölüb, 17 nəfər yaralanıb.
İctimairey. az xəbər verir ki, bu barədə Bandiaqara şəhərinin administrasiyasının nümayəndəsi N’Dinde Onqoiba məlumat verib. Onun sözlərinə görə, hücum dekabrın 3-də Bandiaqaranın 10 km-də yerləşən Sonqoho-Qare kəndində baş verib. “Ticarətçiləri yerli bazara aparan avtobusa atəş açılıb. Avtomobil dərhal alovlara bürünüb” – deyə Onqoiba bildirib.
Xatırladaq ki, Burkina Faso, Mali və Niger ölkələri son illərdə terror təşkilatı Əl-Qaidə və DEAŞ ilə əlaqəli qrupların hücumlarına məruz qalır. 2013-cü ildən bəri Malidə xarici hərbi missiyaların olmasına baxmayaraq, terror təşkilatları hücumlarını davam etdirir.