ABŞ-da Omicron variantının aşkar edildiyi ştatların sayı 12-yə yüksəldi

0

İlk dəfə Cənubi Afrikada görülən və narahatlıq doğuran yeni növ Koronavirusun (Covid-19) Omicron variantının ABŞ-ın 12 ştatında ən azı 20 nəfərdə aşkarlandığını açıqlanıb.

İctimairey.az xəbər verir. Ölkədə ilk dəfə Kaliforniyada peyda olan Omicron variantı Kolorado, Havay, Merilend, Massaçusets, Minnesota, Missuri, Nebraska, Nyu Cersi, Nyu York, Pensilvaniya, Yuta ştatlarında da aşkarlanıb.

Aşkar edilmiş halların bir hissəsinin Afrikanın cənubundakı ölkələrindən gəldiyi, bəzilərinin isə, son vaxtlar səyahət etmədiyi bildirilib. Qeyd edilib ki, ABŞ-da halların heç biri hələ xəstəxanaya yerləşdiriləcək qədər ağır olmayıb, lakin Kovid-19 infeksiyalarında xəstəlik zamanla ağırlaşa bilər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »