Tatarıstanda məhkəmə 16 yaşlı qıza təcavüz edən polis əməkdaşını ciddi rejimli koloniyada 9 il müddətinə azadlıqdan məhrum edib.
İctimairey.az xəbər verir ki, bu barədə bu gün, Rusiya İK-nin region üzrə mətbuat xidmətindən məlumat verilib.
“Tatarıstan Respublikasında keçmiş polis məmuru azyaşlıya təcavüz etməkdə təqsirli bilinib”, – idarədən bildirilib.
Məhkəmə müəyyən etdiyi kimi, 29 yaşlı müttəhim sosial şəbəkədə öz qurbanı ilə tanış olub. 22 fevral 2020-ci il axşam saatlarında, qurban görüşə gələndə pedofil polis məmuru öz avtomobilində ona təcavüz edib.
Yerli mətbuatın yazdığına görə, söhbət Radik Badretdinovdan gedir. Cinayətdən sonra, OMVD-nin Leninoqorsk bölgəsi üzrə yol polisi müfəttişi işləyən cinayətkar gizlənib və təxminən altı ay federal axtarışda olub.
O, cinayət məcəlləsinin 3-cü hissəsinin “a” bəndində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131 (Zorlama), məcəllənin 3-cü hissəsinin “a” bəndi. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132 (seksual xarakterli zorakılıq hərəkətləri).