Sadır Cəfərov istefa verəcəyini açıqladı

0

Qırğızıstan prezidenti Sadır Cəfərov seçkilərdə uduzanların saxtakarlığı sübuta yetiriləcəyi təqdirdə, istefa verəcəyini açıqlayıb.

İctimairey.az xəbər verir ki, bu barədə 24.kg agentliyi bu gün, dekabrın 3-də məlumat yayıb.
Onun sözlərinə görə, seçki iştirakçılarının bəzilərinin səslərinin oğurlanması və ya bülletenlərin dəyişdirilməsi barədə deyilənlər tamamilə absurddur. Çünki noyabrın 28-də Qırğızıstanda keçirilən parlament seçkilərinə bütün müşahidəçilər, o cümlədən beynəlxalq təşkilatlardan olan müşahidəçilər yüksək qiymət verib.

“Onların hamısı seçkilərin yüksək səviyyədə keçirildiyini bildirdi. Əgər qanun pozuntuları olsaydı, bütün dünyaya qışqırardılar ki, Qırğızıstanda səslər oğurlanıb. Qırğızıstanda məntəqə seçki komissiyalarının 31 min üzvü var. Təsəvvür edin, gecələr bülletenlərlə necə qaçırlar. Əgər MSK, bütün məntəqə seçki komissiyalarının üzvləri bəyan etsələr ki, hakimiyyət tərəfindən təzyiqlər olub və onlar səsləri oğurlamaq məcburiyyətində qalıblar, mən dərhal istefa verəcəyəm. Əsas protokola əlavələrin yenidən yazılması proseduru hər seçkidə qüvvədədir, çünki onlarda səhvlər ola bilər – bütün MnSK üzvləri eyni dərəcədə savadlı deyil. Ən əsası odur ki, səsvermə zamanı bülletenlər düzgün doldurulsun”, – deyə Sadır Cəfərov bildirib.

Onun fikrincə, uduzan tərəflər cəmiyyəti həyəcanlandırmaq üçün bəhanə axtarırlar.

“İndi hətta texniki məsələlərdən, serverin necə işləməsindən heç nə anlamayanlar da qışqırır. Uduzanlar çox yaxşı bilirlər ki, hər şeyi yaxşı hesablayıblar, amma bir səbəb lazımdır. İndi texnologiya əsridir. Siz səsləri oğurlaya bilməzsiniz. Bu, 1990-2000-ci illərdə baş verib. O zaman bülletenlər əl ilə hesablanırdı. Daha sonra, bir namizədin səsini digər namizədə ötürmək mümkün oludu. Mütəxəssislər də, təsadüfən səhv etdiklərini deyirdilər. İndi MTN yoxlayır. Günahkarlar cavab verəcəklər”, – deyə Cəfərov bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »