Azərbaycan Ordusunun giziri Hüseynov Şahin Şəmsəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Peşəkar hərbçi olan Şahin Hüseynov ölkə xaricində xüsusi təlimlər keçmişdi. Vətən müharibəsində “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.
Şahin əslən Gədəbəy rayonunun, Qızılqaya (Keçmiş Yenikənd) kəndindəndir.
Allah rəhmət etsin, yaxınlarına səbr arzu edirik.
İctimairey.az