Xaçmaz qəbiristanlıqlarından qəbrüstü güldanlar oğurlanır

Oğrular əsasən nüfuzlu şəxslərin məzar daşlarındakı bahalı güldanları oğurlayıblar.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Hacıəlibəy kəndində qeydə alınıb.

2015-ci ildə vəfat etmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçmiş rəisi, polkovnik Rəhman Mustafayevin məzarındakı güldanların oğurlandığı bildirilir. Onun qəbrindən 5 güldanı aparıblar.

Daha 2 güldan isə kəndin bələdiyyə sədri Faiq Məhərrəmovun ailəsinə məxsus məzarlardan oğurlanıb.

Comments are closed.

Tərcümə »