Rebekka Koffler: ABŞ-ın Rusiya ilə Ukraynaya görə müharibəsi fəlakətlə nəticələnəcək

0

ABŞ Ukraynanı Rusiya ilə müharibəyə sövq etməklə, Amerikanın maraqlarına heç bir şəkildə uyğun gəlməyən bu münaqişənin özünə cəlb olunma riskini daşıyır.

İctimairey.az xəbər verir ki, bu fikri keçmiş ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (DİA) zabiti və Rusiya doktrinası və strategiyası üzrə mütəxəssisi Rebekka Koffler bildirib.

Onun fikrincə, Amerika öz maraqlarına diqqət yetirməli, başqa qitədəki ölkələrin problemli münasibətlərinə qarışmamalıdır.

Əks halda, bunun sonu fəlakətlə bitə bilər, çünki Rusiya ilə hipotetik hərbi toqquşmada ABŞ istər-istəməz böyük itkilərə məruz qalacaq.

“Belə bir müharibədə qalib gəlmək qeyri-mümkündür və nəticə Amerika vətəndaşlarının həyatı bahasına başa gələcək” deyə zabit əminliklə bildirib.

Koffler Vaşinqton analitiklərini aşağı səriştələrinə görə qınayıb, onlar Rusiyanın və onun liderlərinin tarixini və mentalitetini başa düşmürlər.

O, xəbərdarlıq edib ki, Amerika qoşunlarının sərhədlərə yaxın yerdə yerləşdirilməsi “Kreml tərəfindən ABŞ-ın Rusiyaya qarşı potensial hərəkətlərinin xəbərçisi kimi şərh olunacaq”.

Onun proqnozlarına görə, bu halda Moskva özünümüdafiə məqsədilə qabaqlayıcı şəkildə ABŞ ərazisinə dağıdıcı kosmos və kiberhücumlar edə bilər. O xatırladıb ki, Rusiya peyk əleyhinə raketlərin son sınaqları ilə ABŞ-ın peyklərini vurmaq qabiliyyətini nümayiş etdirib.

Keçmiş kəşfiyyatçının fikrincə, ilk zərbə endirilən kimi, yəqin ki, dünyada nüvə müharibəsi başlaya bilər və o zaman bütün bəşəriyyət məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq.

Sonda Koffler xatırladır ki, Rusiya torpaqlarında Rusiya ilə müharibədə heç kim qalib gələ bilməz.

“Sadəcə Fransada Napoleondan, Almaniyada Hitlerə və 1709-cu ildə I Pyotrun əsgərləri tərəfindən ordusu məhv edilən isveçlilərdən soruşun. Ukrayna Amerikanın mühüm təhlükəsizlik maraqları sırasındadırmı? Amerikanın təhlükəsizliyi, ərazi bütövlüyü və uzunmüddətli yaşaması ən azı uzaqdan Ukraynadan asılıdırmı? Hər iki sualın cavabı kəskin “yox”dur, deyə hərbi ekspert yekunlaşdırıb.

Qeyd edək ki, son günlər Amerika mediasında Ukraynaya gözlənilən “rus işğalı” ilə bağlı isterika nəzərəçarpacaq dərəcədə səngiməyə başlayıb. Bu dərhal Kiyevdə oxşar reaksiyaya səbəb olub.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib ki, Moskvada “Rusiyanın Ukraynaya müdaxiləsi” planı “masanın üstündə” olsa da, onun həyata keçirilməsinə dair qərarın heç bir sübutu yoxdur.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »