Füzulidə minaya düşən hərbçilərinin ayaqlarından biri amputasiya edildi

0
Füzuli rayonunda minaya düşən Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuların son durumu açıqlanıb.
İctimairey.az “Report”a istinadən xəbər verir ki, Daxili Qoşunların hərbi qulluqçuları – Sarib Məmmədzadə ilə Murad Məmmədzadənin ayaqlarından biri amputasiya edilib.
Hazırda hər iki şəxsin vəziyyəti stabildir.
Qeyd edək ki, DİN Daxili Qoşunların hərbi qulluqçuları – 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »