İran, Azərbaycan və Türkmənistan arasında ildə 2 milyard kubmetr qaz mübadiləsi sazişi imzalanıb.
Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti İbrahim Rəisi və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında illik 2 milyard kubmetr qaz mübadiləsi sazişi imzalanıb.
Müqaviləyə əsasən, İran üzərindən Azərbaycana ildə 2 milyard kubmetrə qədər Türkmənistan təbii qazı göndəriləcək.
İqtisadi Əməkdaşlıq Toplantısında razılaşmadan danışan İran Prezidenti Azərbaycan Prezidenti Əliyevlə görüşdüklərini və mühüm məsələlərə toxunduqlarını bildirdi və dedi: “Təbii qaz sazişimiz həm iki, həm də üç ölkə arasında əlaqələrin inkişafını təmin edəcək”.
İctimairey.az