26 Noyabr Soçi görüşü barədə qısa icmal

0

Bildiyimiz kimi Soçi şəhərində 3 tərəfli görüş keçirildi. Bundan əvvəl mediada 10 Noyabrda keçirlməsi barədə xəbərlər dolaşdı hətta Kremlin sözçüsü Peskov bu barədə məlumat vermişdi. Sonradan isə görüş təxirə salındı. Əldə etdiyimiz məlumata görə təxirə salınma məhz Paşinyana görə olub. Çünki Paşinyan görüşə razı olmayıb.

Razı olmamasının səbəbini isə sizə izah edəcəyik.
– Paşinyan gözəl başa düşür ki, Kreml ondan imzanlanmış sazişin yerinə yetirilməsini tələb edəcək. Paşinyan isə bunu etmək istəmir, daha doğrusu Zəngəzurdan keçəcək olan yolun nəzarətini Rusiyanın yox Ermənistanın etməsini istəyir. Bu səbəbdən məsələni uzadır. Sonra 16 Noyabrda məhz Rusiyanın adamı sayılan Müdafiə nazirini istefaya göndərən kimi, sərhəddə insident baş verdi. Ermənistan provakasiya etdi və layiqli cavabın aldı. Zatən erməni tərəfi bilir ki, Azərbaycanın qarşısında dura bilməyəcək. Bu hadisə zamanı isə müttəfiqi olan Rusiyaya və KTMT-ə müraciət etmədi. Rusiya da haqlı olaraq onlara bildirdi ki, müraciət olmayan halda biz məsələyə qoşula bilmərik. Əslində Paşinyan özü bilərəkdən müraciət etməmişdi. Çünki bilirdi belə halda Rusiya qarışayacaq və bu məsələni daxildə şişirib anti-rusiya əhvalını daha da qaldırmaq idi. Təsadüfi deyil ki, məhz bu məsələdən sonra bütün Ermənistan Rusiyanı bu məsələdə günahlandırdı və ittifaqdan çıxmaq barədə fikirlər səslənməyə başladı. 26 Noyabr məsələsindən sonra Fransa İrəvana Avropa Şurasında Brüsseldə görüş təklif etdi və Paşinyan dərhal bunu qəbul etdi. Təbii bu hal Kremli razı sala bilməzdi. Bu səbəbə görə Putin dərhal Soçi görüşün təyin etdi və hər iki tərəflə görüşdü. Üzdə imzalanan sənəd əslində keçən il 20 Noyabr və bu il 11 Noyabr sazişinin eynisi idi. Lakin qapalı görüşdə isə konkret olaraq Paşinyana bu işi bitirməsi üçün vaxt qoyulub. Brüssel görüşündə də, çox güman Rusiyanın istədiyi formada olacaq. Kreml Paşinyana icazə verməyəcək ki, bu məsələni Qərb etsin.
Paşinyan özü də gözəl başa düşür ki, Qərbin göstərişi ilə addığı addımlar axırda onu bəlaya düçar edəcəkdir. Çünki regionda onu qoruyan yeganə dövlət məhz Rusiyadır. Fransa, Amerika heç zaman gəlib onun əvəzinə savaşan deyil və onu müdafiə edən deyil. Zatən Soçi görüşü bir növ xəbərdarlıq görüşü kimi qəbul etmək olar. İmzalanmış sazişdə isə Qarabağın statusu və gələcək taleyi barədə bir bənd yoxdur. Bu o deməkdir ki, Ermənistan artıq Qarabağdan əlini üzüb. Çünki erməni lider özü buna imza atıb. Əgər sərhədlərin təyin edilməsinə başlanılsa və sülh sazişi imzalanarsa Qarabağ məhz Azərbaycanın daxilində tanınancaqdır. Bu üzdən Paşinyan bilmir Qərbin dediyin etsin yoxsa Kremlin.
– Bu məsələdə il sonuna qədər irəliləyiş olmazsa o zaman erməni tərəfi növbəti təxribatları həyata keçirəcək ki, vaxt udub manevr etsin. Lakin bu dəfə artıq Ermənistanın bir hissəsini itirə bilər. Çünki bu dəfə Rusiyanın 102 ci bazası özünü qalxan edən deyil. Bundan sonra isə məsələ Azərbaycan yox məhz Ermənistanın ərazisinin təyin edilməsi ilə nəticələnə bilər. Brüssel görüşü elə bir ciddi nəticə verməyəcək. Yekunda Azərbaycan istədiyini güc yolu əldə edəcək və buna artıq Kreml də yaşıl işıq yandırıb.

İctimairey.az 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »