Neftçala Suvarma İdarəsinin rəisi Elçin Əsədovun parolu – 3G

0

Elçin Əsədov deyir ki, 2 icra başçısı saxlayıram, biri içəridə, biri də bayırda…

Deyəsən Elçin Əsədov qaşınır və başını sürtür bizim…

Vallahi 3D-nin nə olduğunu neçə illərdir bilirik.

3D , yəni 3-Dimensions – 3 ölçü

Üçölçülü fəza — maddi dünyanın həndəsi modeli

Üçölçülü qrafika — xüsusi alətlər dəsti ilə təsvirin üçölçülü modelinin hazırlanmasında istifadə olunan müasir kompüter qrafikası

Üçölçülü çapetmə — birləşdirmə metodu vasitəsilə hər hansı bir fiziki obyektin üçölçülü modelinin hazırlanması.

Yəqin ki, 3 D filmlərinə baxanlar söhbətin nədən getdiyini anladı.

Ancaq Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovun 3G parolu rayonda əməlli-başlı anekdot mövzusu olur.

Belə ki, Elçin Əsədov toyda-vayda özündən razı halda deyir ki, 3 G…

Axır ki, 3 G-nin nə olduğunu öyrənə bildik.

Deməli, Elçin Əsədov barəsində hansı media tənqidi yazı yazırdısa, Elçin Əsədov deyirdi ki, lap BMT-yə yazsınlar. Sonra gördü ki, BMT söhbəti işə yaramır, keçdi 3 G-yə, yəni deyir ki, narahat olmayın, GETDİM GÖRDÜM GƏLDİM…

Adama deyərlər ki, yalançının lap…

Əslində Elçin Əsədova deyərlər ki, rayonda 3 G var idi, bir G sənsən, bir G içəridədir, biri də…Əlifağa.
Söhbət Elçin Əsədovun Xol zonasında “aylıq” pullarını yığan Əlifağadan gedir.

Zarafat-filan bir yana, Elçin Əsədovdan yazan kimi dostları minnətçi düşür, adamları qapının ağzını kəsdirir, xahiş-minnət… Bizsə həmin adamları nəzakətlə yola salırıq və deyirik ki, Elçinin bizə pulu-zadı lazım deyil, sadəcə camaata zülm eləməsin. Bu qədər sadə. Elçin isə 3 dəfə genələ-genələ yalandan deyir ki, gedib gördüm gəldim…

Elçin Əsədov getməyə gedir, amma köhnə şəriki, Neftçalanın həbsxanada olan icra başçısı İsmayıl Vəliyevin yanına. Özü də əlidolu.

Hər yerdə də deyir ki, İsmayıla “peredaça” aparmaqdan bezmişəm. Onu da deyir ki, mən yazıq 2 icra başçısı saxlayıram, biri içəridə, biri də bayırda…

Bəli, Elçin Əsədov nə qədər ki, sakinlərə, iş adamlarına zülm edir, həmişə yaxası əlimizdə olacaq.

Elçin Əsədov təkcə dövlətin ayırdığı milyonları mənimsəmir, hətta suyun səviyyəsini nizamlayan şlüz qapılarını da metallom kimi satır.

Elçin Əsədov idarənin balansında olan texnika, avadanlıq və mexanizmləri köhnəlmiş adı ilə balansdan çıxardaraq satıb yüz minlər qazanır.

Biz hələ Elçinin tender oyunlarından aldığı “otkat”ları demirik.

Və hər yerdə deyir ki, “Bir meşok vermişəm ee…”

Elçin Əsədov, əmin ol ki, bir gün meşokdur, çuvaldır nədirsə, başına keçirib səni İsmayılın yanına aparacaqlar..

İdarəyə ayrılan tonlarla yanacağı, sürtkü yağlarını kənar adamlara sataraq milyonlar qazanmağını bir gün qabağına qoyub sorğu-sual edəcəklər.

Bütün sosial şəbəkədə Neftçaladan olan iş adamları yazır ki, Elçin Əsədov Neftçala Suvarma Sistemləri İdarəsində transformatorların, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında yüksək məbləğlər hesabdan çıxarıb mənimsəyir.

Yəni biz cəmiyyətin dediklərini yazırıq. Ki, əlaqədar orqanlar sənin əməllərindən agah olsunlar.

Neftçala rayonunda fəaliyyət göstərən nohurların, balıq yetişdirilən göllərinin suyunu istədyin vaxt dayandırıb, pulları yığırsan. Bu balıq göllərinin sahiblərinin sənə verdiyi pulları hesablayan olsa, Neftçala rayonunun cəmi büdcəsindən dəfələrlə çox olar.

Balıq yetişdirən sahibkarları su ilə imtahana çəkirsən, hər hektara görə, 200 manat rüşvət alırsan.
Bəli, Neftçala rayonunda balıq yetişdirmək üçün 10 min hektardan artıq süni gölməçə fəaliyyət göstərir.
Elçin Əsədov, bunu 200 manata vuranda 2 MİLYON edir. Elə bilirsən dövlətin bundan xəbəri yoxdur ?
Su kanallarını lil basıb, sənsə dövlətin ayırdığı pulları mənimsəmisən.

Bu siyahını o qədər uzatmaq olar ki…Amma nə faydası..

Elçin Əsədov, indi gördünmü 3G-nin yekəsi sənin özünsən. Ki, dövlətin milyonlarını talayırsan, milləti sanki YEZİD kimi su ilə imtahana çəkirsən.

Gündelik-Baku.com

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »