Faciə 46 şaxtaçı və 6 mədən xilasedicisinin həyatına son qoyub.
Axtarış-xilasetmə əməliyyatları başa çatdıqdan sonra, Listvyazhnaya mədənində qalanların hamısının öldüyü elan edilib.
Bu barədə İctimairey.az fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat verir.
Belə ki, Kemerovo vilayətinin Belovski rayonunda dünən baş verən faciədə 46 şaxtaçı və 6 mədən xilasedicisi həlak olub.
Mədənin 47 yaşlı direktoru, onun 59 yaşlı birinci müavini və 36 yaşlı bölmə rəisi mədəndə partlayış faktı üzrə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb. Onlar qısa müddət ərzində əməllərinə görə cavab verəcək.
Rusiya Federasiyası İstintaq Komitəsinin regional İstintaq İdarəsinin bəyanatında deyilir: “İlkin istintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyi tələblərini pozublar. Nəticədə (metan)qaz-dinamik hadisə baş verdi. 4 saylı bölmənin ventilyasiya çuxurunu tüstü doldurmağa başlayıb, nəticədə mədəndə olan işçilər boğulub”.