Strateji əməkdaşlığın yeni mərhələsi

0

Cari ilin 26 noyabr tarixində Rusiyanın Soçi şəhərində Rusiya Prezidenti V.Putinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və ermənistanın dövlət rəhbərlərinin üçtərəfli görüşü keçirilmişdir. Görüş zamanı Prezident İlham Əliyev çıxışı etmişvə Azərbaycan-Rusiya münasibətlərini dəyərləndirmişdir. Diqqətə çardırıəlmışdır ki, Bakı və Moskva ümumi regional yanaşmaya malikdir, liderlər arasında qarşılıqlı etimad, dostluq və  anlaşma mövcuddur, və iki ölkə arasında strateji tərəfdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan və Rusiya liderləri arasındakı dostluq hər iki dövlət başçısının açıq və səmimi siyasət yürütməsinə əsaslanır.

Azərbaycan ilə Rusiya arasındakı münasibətlər strateji müstəvidə inkişaf edir. İkitərəfli münasibətlər sürətlə inkişaf edir və bir çox məsələlər artıq öz həllini tapmışdır. Münasibətlər bütün istiqamətlər üzrə qarşılıqlı maraqlar üzərində inkişaf edir. Əmtəə dövriyyəsi artır. Hazırda iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsi həyata keçirilir.

Müzəffər ali baş Komandan bildirmişdir ki, ötən bir il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmamışdır. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolu yüksəkdir;

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, biz Zəngəzur dəhlizini ya danıçıqlar yolu ilə, ya da güc yolu ilə açacağıq. Məhz 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxdı və Soçi görüşünün, həm rəsmi, həm də qapalı hissəsində Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, biz Zəngəzur dəhlizinin açılmasına doğru gedirik. Rusiya Federasiyası Prezidenti V.Putinin çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlaması, imzalanmış sənədin “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndləri Zəngəzur dəhlizinin qısa bir zaman kəsiyindən sonra açılacağına tam əminlik yaradır.

Rəsmi İrəvan prosesə Qərbi cəlb etmək üçün vaxt qazanmaq məqsədi ilə 9 noyabr görüşünü sabotaj etdi. Həmçinin özünün qeyri-peşəkar siyasi davranışları ilə fərqlənən Paşinyan da Soçi görüşü ərəfəsində eyni addım atdı. Onun onlayn mətbuat konfransında səsləndirdiyi destruktiv, şovinist fikirlər Soçi danışıqlarının nəticəsiz qalmasına yönəlmiş təxribat idi və bu, şəxsən Putinin vasitəçiliyinə qarşı hörmətsizlik idi. Amma Paşinyanın sabotaj cəhdi baş tutmadı və Soçidə o, güzəştə getməyə məcbur edildi. Bu azərbaycan prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinin növbəti qələbəsi kimi dəyərləndirilməlidir.

Eyni zamnda, Ermənistan etibarsız və riyakar tərəfdaşdır. Ermənistan növbəti dəfə Rusiyaya nümayiş etdirdi ki, öz strateji tərəfdaşına qarşı satqınlıq və riyakarlıq siyasətini davam etdirir. Onun Şarl Mişelə çağırışları və Avropa vasitəçiliyini gündəmə gətirməsi Moskvaya növbəti siqnal oldu. Paşinyanın ABŞ-ın təşkil etdiyi “demokratiya sammiti”nə dəvət alması ilə lovğalanması da Moskvanın diqqət mərkəzindədir. Çünki bu sammit “soyuq müharibə”dən sonra Rusiyaya qarşı yaradılan yeni koalisiyadır və bu koalisiyada yer alan yeganə KTMT və Avrasiya İttifaqı üzvü olan dövlət Ermənistandır.

Azərbaycanla Ermənistan arasında müharibəyə son qoymuş Üçtərəfli Bəyanatın qəbul edilməsindən bir il keçib və bu il bütövlükdə, müsbət səciyyələndirilir. İl ərzində fikir ayrılıqlarının nizamlanması işində qəbul edilmiş qərarlar Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaqdır.

Ölkəmiz həmişə, istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra zaman ərzində bütün humanitar normalara riayət edib. Belə ki, hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu Ermənistan tərəfə verilmiş və yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərilmişdir. Azərbaycan həmişə humanizm prinsipinin aliliyini əsas götürüb və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindədir. Biz qarşıdurmanın tərəfdarı deyilik və buna son qoyulmasının tərəfdarıyıq.

Soçidə keçirilmiş görüş Azərbaycanın növbəti diplomatik qələbəsidir. Soçidə imzalanmış sənəddə dövlətimizin siyasi maraqları demək olar ki, tamamilə təmin olunmuşdur. Belə ki, həmin bəyanatda aşağıdakı mühüm məsələlər öz əksini tapmışdır:

1. 26 noyabr Bəyanatında üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilmiş və orada “Dağlıq Qarabağ” ifadəsi yoxdur;

2. Ermənistanın həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmayıb;

3. Sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edilmişdir;

4. Avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olunmuşdur;

5. Hər hansı bir ön şərt qoymadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapmışdır;

6. Hər üç ölkə Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiq edirlər;

7.  Rusiya prezidenti V.PuTin “dəhliz” dedikdə, “avtomobil və dəmir yolları” demiş, həmçinin mətbuat konfransında dəfələrlə “dəhliz” ifadəsini işlətmişdir;

8. Ümumi maraqlarının təmin olunması naminə Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması şərtləndirilmişdir;

9. Bəyanata əsasən 2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyəti davam etdiriləcəkdir. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin həyata keçirilməsi zəruriliyi qeyd olunur. Üçtərəfli görüşdən bir həftə sonra Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli komissiyanın Moskvada bir araya gələcəyi də qərarların tez bir zamanda veriləcəyi nəzərdə tutulmuşdur;

10. Bəyanatda ATƏT-in Minsk Qrupunun adı çəkilməmişdir. Bu isə o deməkdir ki, sülh danışıqların daha çox ikitərəfli formatda həyata keçieiləcəkdir;

11.  Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcəkdir;

26 noyabr Bəyanatında əks olunmuş aidiyyəti məqamların icrası istiqamətində azərbaycan tərəfi müvafiq addımlarını atacaq. İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm də Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi də Azərbaycan Respublikasının Prezident İlham Əliyevdir.

Aytən Şükürlü

Azərbaycan Texniki Universiteti

Leave A Reply

Your email address will not be published.

Tərcümə »