Serj Sarkisyan və Robert Köçəryan: Korrupsioner eks prezidentlər

0

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan iş adamı Silva Hambardzumyanın ifadəsi əsasında təqsirləndirilən şəxs qismində Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə dindirilmək üçün çağırılıb, eks-dövlət başçısının vəkili Amram Makinyan bildirib.

İctimairey.az xəbər verir ki, bu barədə Makinyan Facebook-da yazıb. “Mən indicə Korrupsiyaya qarşı mübarizə komitəsinin rəhbəri Muşeqyandan Ermənistanın ikinci prezidenti Serj Sarkisyanın təqsirləndirilən şəxs qismində dindirilməyə çağırıldığı barədə bildiriş aldım.”

Onun sözlərinə görə, Sarkisyan iki il əvvəl rüşvət işi üzrə şahid qismində dindirilib, lakin həmin günə kimi heç bir yeni hal üzə çıxmayıb.

Hambardzumyan adı bir də, keçmiş prezident Robert Köçəryanın da iştirak etdiyi başqa işdə də çəkilir. Belə ki. sahibkar Köçəryana qarşı da şikayət verib, onun əsasında o, rəsmi səlahiyyətlərdən istifadə edərək, Ambartsumyanın şirkətinə kömək etməkdə ittiham olunur. Sahibkarın özü, istintaqa görə, Köçəryana təxminən 3 milyon dollar məbləğində rüşvət verdiyi iddia edilir. Prezident administrasiyasının keçmiş rəhbəri Armen Qevorqyan 1 milyon dollara yaxın pul almaqda ittiham olunur. Köçəryan sahibkarı böhtanda ittiham edib və onu məhkəməyə verib.

Aprelin əvvəlində İrəvan məhkəməsi Köçəryanın “konstitusiya quruluşunu devirmə” maddəsi ilə cinayət təqibinə xitam verib. Lakin girov kimi həbs-qətimkan tədbiri ləğv edilməyib və 4 milyon dollardan artıq məbləğ dəyişməz qalıb. Köçəryanın vəkili məhkəmədən girovun məbləğinin ləğvini və ya azaldılmasını xahiş edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »