“QARABAĞIN FLORA və FAUNASI”nı MAKET İLƏ DÜNYAYA TANIDAN KİÇİK NİCAT VÜQAR OĞLU

0

Sumqayıt şəhər Təhsil şöbəsi və ümumi təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə Qarabağın təbiət aləmini gənc nəsilə ətraflı tanıtmaq məqsədilə ETwinning çərçivəsində “Qarabağın flora və faunası” adı altında onlayn tədbir keçirilib. Görüşdə Təhsil şöbəsinin əməkdaşı 24,25,26,39 nömrəli tam orta məktəblər, Təffəkkür, Texniki və təbiət elmləri liseyi, eləcə də Ceyranbatan qəsəbəsi, 1nömrəli tam orta məktəbin sagirdləri oz bilik səviyyələrini nümayiş etdirmişlər.
Sumqayıt şəhər N.Gəncəvi adına Texniki təbiət elmlər liseyinin 3a sinif şagirdi, qeyri-adi zəkaya malik Fərəcli Nicat Vüqar oğlu bu müsabiqələrdə fəal iştirak edərək öz yaşıdlarından fərqlənmişdir. TTE Liseyin Direktoru Rüxsarə xanım Məmmədova və sinif rəhbəri Gülnarə xanım Əliyeva müsabiqə və olimpiadalarda daima Nicatın yanında olmuş, onu dəstəkləmişlər.
Hələ 2019cu ildə Sumqayıt şəhərində “Tiamo mental”- aritmetik merkezinin kecirdiyi Megabeyin müsabiqəsində və 20.06.2020 ci ildə Megabeyin-2020 olimpiadasında
“ƏN GÜCLÜ BEYİN”- adına layiq görülmüş və olimpiadanın cempionu olmuşdur.
Daha sonra get-gedə püxtələşən 9yaşlı Nicat Vüqar oğlu 08-09.02.2021ci il tarixində Bakıda kecirilən Mental Aritmetik üzrə Caspian Cup-2020 beynəlxalq olimpiadada 1ci yerə layiq görulmüşdür.

Qeyd etmək istəyirik ki, olimpiadada Azərbaycan, Rusiya, İsveçrə, Ukrayna, Böyük Britaniya,Özbəkistandan olan 200dən çox uşaq iştirak etmişlər.
Onun hazırladıgı İstisu maketi tədbir iştirakcılarının marağına səbəb olub. Nicat Vüqar oğlu dədə-baba yurdu Kəlbəcərin mineral suları, filiz yataqları haqqında öz idealarını həyata keçirmək barədə geniş məruzə hazırlayıb.

Vətənin kiçik ixtiraçısı Nicat Vüqar oğluna yaradıcılıq Uğurları arzu edirik.. Və AD GÜNÜ münasibətilə
TƏBRİK EDİRİK.
Nailə MURADOV. İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »