Parnik Sahiblərinə: Rusiya 50,4 ton pomidoru geri qaytarıb

0

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Dağıstanda Azərbaycandan idxal edilmiş 17,2 ton təzə tomat partiyasına baxış keçirərkən pepino mozaika virusu aşkar edib.

İctimairey.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Məlumata görə, məhsulda karantin obyekti olduğu Ümumrusiya Bitki Karantini Mərkəzinin (FSBI “VNIIKR”) laborator rəyi ilə təsdiqlənib.

Qeyd edək ki, Dağıstan Respublikası ərazisində bu karantin obyekti ilk dəfə aşkarlanıb.

Podkarantin məhsulların yoluxmuş partiyası ilə əlaqədar Rusiyanın fitosanitar qanunvericiliyinə uyğun olaraq tədbirlər görülüb. 206 nömrəli “Bitki karantini haqqında” Federal Qanunun pozulmasına görə yük sahibləri inzibati məsuliyyətə cəlb edilib. Rusiya Federasiyasının İnzibati Məcəlləsinin 10.2. Mallar Azərbaycana geri qaytarılıb.

Qeyd edək ki, Dağıstan Respublikası İdarəsinin müfəttişləri 1-18 fevral tarixlərində Azərbaycan Respublikasından ümumi çəkisi 50,4 ton olan 3 təzə pomidor partiyasını saxlayıblar.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »