Azərbaycanda universitetin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub

0

“Sentyabrın 29-dan ənənəvi tədris bərpa olunandan bu günə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub. Lakin aralarında ağırlaşma və ölüm halları qeydə alınmayıb”.

Bunu “Report”un sorğusuna cavab olaraq ali məktəbin mətbuat katibi Cavid Hüseynov deyib.

Onun sözlərinə görə, indiyə qədər 39 qrup distant təhsilə keçib: “Bir hissəsi artıq karantindən geri qayıdıb. Son 2 gündə daha 6 qrup ənənəvi tədrisə geri qayıdıb”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »