Daxili İşlər orqanlarında yeni təyinat olub.
İctimairey.Az Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Xəlil Bayram oğlu Səfərov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mühafizə şöbəsinə rəis təyin edilib.
Qeyd edək ki, Xəlil Səfərov Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərovun oğludur.
O, bundan əvvəl Baş Mühafizə İdarəsinin mühafizə hissə rəisi vəzifəsində çalışıb.