Gədəbəydə modul tipli məktəb istifadəyə verilib – FOTO

0

Gədəbəy rayonunun Pərizamanlı kəndində yeni modul tipli məktəb binasının açılışı olub.
İctimairey.az məlumat üçün bildirir ki, modul tipli məktəblər regionlar üçün daha əlverişlidir. Ənənəvi məktəblərdə, daha çox tikinti materiallarından istifadə olunur. Bu, daha çevikdir, sökülüb-daşınması daha optimaldır, təhlükəsizlik yüksək səviyyədədir, daha keyfiyyətli dizayn əsasında formalaşdırılır.
Qeyd edək ki, bir ənənəvi məktəbin inşası üçün lazım olan vəsaitlə 10-na yaxın modul tipli məktəb quraşdırmaq olar.

Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Gədəbəyin Pərizamanlı kəndində tikilən modul tipli bina 96 yerlik və 1 növbəli tam orta məktəbdir. Məktəb müasir avadanlıq və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib, həyətində abadlıq işləri aparılıb.
Bu məktəbin açılışı kənd sakinləri çox sevindirib. Məktəbin açılışı zamanı çıxış edənlər Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya göstərdikləri diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Sonra qonaqlar məktəbdə yaradılan şəraitlə tanış olublar.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »