İranın cənubunda baş verən zəlzələ nəticəsində yüzə yaxın insan xəsarət alıb.
İctimairey.az Hormozqan əyalətinin tibb universitetinin sözçüsü Fatimə Nuruzyanın məlumatına istinadən bildirir ki, İranın cənubunda baş verən zəlzələ nəticəsində zərər çəkənlərin sayı 99 nəfərə çatıb və 10 nəfər indiyədək xəstəxanaya yerləşdirilib”.
Daha əvvəl iki nəfərin öldüyü, 27 nəfərin yaralandığı barədə məlumat verilmişdi.
O, həmçinin əlavə edib ki, 88 nəfərə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Bazar günü günortadan sonra, İranda maqnitudası 6,0-dan çox olan iki zəlzələ baş verib. Onların zəlzələ episentri Bəndər Abbas şəhərindən (Hormozqan əyaləti) təxminən 60 kilometr aralıda yerləşib. Bir neçə yeraltı təkanlar da qeydə alınıb.