Qəddafinin oğlu Liviyada keçiriləcək prezident seçkilərində iştirak etmək üçün ərizə verib

0

Seyf əl-İslam Qəddafi insanlığa qarşı cinayətlərə görə BCM (Beynəlxalq Cinayət Məhkəməsi) tərəfindən axtarışa verilib.

Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin oğlu – Seyf əl-İslam Qəddafinin dekabrın 24-də ölkədə keçiriləcək prezident seçkilərində namizədliyi irəli sürülüb.

İctimairey.az xəbər verir ki, bu barədə Liviya Ali Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Xalid Əl-Menai məlumat yayıb.

Qəddafi Sabha şəhərində keçiriləcək seçkilərdə iştirak etmək üçün rəsmi ərizə təqdim edib.

Onun sözlərinə görə, Qəddafinin oğlu ərizəni doldurmaq üçün şəxsən Ali Seçki Komissiyasının ofisinə gəlib.
Bu, Seyf əl-İslam Qəddafinin 2011-ci ildə atasının rejiminin devrilməsindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxışıdır.

Seyf əl-İslam Qəddafi insanlığa qarşı cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən axtarışa verilib.

Bundan əvvəl Liviya hərbi prokurorluğu da Seyf əl-İslamın “qətl” və “muzdlulardan istifadə” ittihamı ilə həbsinə order vermişdi.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »