Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin Birgə Məlumatı
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən Xəzər dənizində Azərbaycan Res¬publikasının dövlət sərhədlərinin mühafizəsi və sərhədboyu rejimin təmin edilməsi üzrə təd¬bir¬lər davam etdirilir.
İctimairey.az Baş Prokurorluğunun Mətbuat xidmətindən daxil olan məlumata görə, son günlər ərzində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti böl¬mələri tə¬rəfindən Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitə¬lərinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nə¬rə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edilmişdir.
Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanılmış, onlar¬dan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri ol¬ma¬ları müəyyən edilmişdir.
Qeyd edilən hüquq pozmalara yol vermiş şəxslərin məsuliyyətə cəlb olun¬¬maları üçün Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
İctimairey.az