Şəhid Nurizadə Rövşən: Ana, tezliklə evə dönəcəyik… – FOTO

0

Bu gün dairəmizin daha bir şəhidi Nurizadə Rövşən Əli oğlunun Fəxri xiyabanda torpağa tapşırılmasından 1 il ötür. Baş leytenant Rövşən Nurizadə ötən il noyabrın 6-da Şuşanın azad olunmasına 2 gün qalmış Daşaltı kəndində qəhrəmancasına həlak olaraq şəhadətə qovuşub.

Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Qubadlı və Şuşanın azad edilməsinə görə medalları ilə təltif edilib. O, xalq artisti Əli Nurun oğludur. Peşəkar hərbçi olan Rövşən Vətən müharibəsinin ilk günündən cəbhəyə yollanıb, qəhrəmancasına döyüşüb, yaşayış məntəqələrimizin azad olunmasında şücaət göstərib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, həmkarlarım Ülvi Quliyev, Səbinə Xasayeva, Erkin Qədirli, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev və rayon ictimaiyyəti ilə Rövşənin məzarını ziyarət edib, ailəsinə başsağlığı verdik.

Sentyabrın 24-də Bəxtiyar müəllimlə birlikdə Rövşənin ailəsində olub, onu xatırlayıb, yad etmişdik. Vətən müharibəsində Rövşən çətin döyüşlərə, yaralanmasına baxmayaraq, həmişə şən əhval-ruhiyyədə olub, tezliklə qələbə ilə evinə dönəcəyini deyib…

Allah rəhmət etsin! Şəhidlər ölməz, Vətən bölünməz!

Elnur ALLAHVERDİYEV, Mİllət Vəkili

Leave A Reply

Your email address will not be published.

Tərcümə »