ABŞ-ın Qara dənizdə planlaşdırılmamış təlimi Rusiya üçün ciddi problemdir. Bunu şənbə günü, noyabrın 13-də Rusiya prezidenti Vladimir Putin “Moskva Kreml Putin”in aparıcısına müsahibəsində bildirib.
ABŞ və onun NATO üzrə müttəfiqləri Qara dənizdə planlaşdırılmamış, vurğulamaq istəyirəm ki, planlaşdırılmamış təlimlər keçirirlər. Üstəlik, nəinki kifayət qədər güclü gəmi qrupu yaradılıb, həm də bu təlimlər zamanı aviasiyadan, o cümlədən strateji aviasiyadan da istifadə olunur. Bu, bizim üçün ciddi bir çağırışdır”. Rusiya Federasiyasının Prezidenti bildirib.
Eyni zamanda, o, əlavə edib ki, Müdafiə Nazirliyinin də “eyni akvatoriyada özünün plansız təlimləri keçirmək” təklifi var, lakin prezidentin sözlərinə görə, bu, yersizdir və “ orada vəziyyət daha da gərginləşdirməyə ehtiyac yoxdur”.
Noyabrın 11-də Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, NATO-nun bölgədəki təlimləri Vladimir Putini narahat edir. O, həmçinin gərginliyi azaltmaq üçün, hərbçilər arasında daimi operativ təmasların olduğunu bildirib.
Öz növbəsində, Rusiya Federasiyasının Müdafiə Nazirliyi ABŞ-ın Qara dənizdəki hərəkətlərini aqressiv adlandırıb. Departament amerikalıların manevrlərinin yüksək intensivliyinə diqqət çəkib, həmçinin qeyd edib ki, “Porter” esminesi və “Mount Whitney” komanda gəmisi Qara dənizin qərb hissəsinə doğru hərəkətini davam etdirir.
Krımdan olan senator Olqa Kovitidi bildirib ki, Rusiya Qara dəniz regionunda istənilən təxribatı neytrallaşdırmağa hazırdır. O, həm ABŞ, həm də onun müttəfiqlərinin silahlı qüvvələrini dəf etməyə qadir olan quru qoşunlarının və Qara Dəniz Donanmasının geniş döyüşə hazır qruplaşmasını yarımadaya yerləşdirildiyini vurğulayıb.
Noyabrın 9-da Rusiya Federasiyasının Müdafiə Nazirliyi Qara dəniz üzərində ABŞ Hərbi Hava Qüvvələrinin yerüstü kəşfiyyat və zərbələrə nəzarət edən təyyarəsini aşkar edib. Layner Rusiya Federasiyasının sərhədlərinə 35 km yaxınlaşıb. Həmin gün Rusiya hərbi idarəsi məlumat verdi ki, ABŞ-ın hərəkətləri Ukraynanın Donbassda hərbi gücünü möhkəmləndirmək üçün, mümkün hərbi əməliyyatlar teatrının tədqiqi ilə bağlıdır.
Oktyabrın 30-da ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanmasının və NATO-nun Dəniz Hücum və Dəstək Qüvvələrinin qərargahı Qara və Aralıq dənizlərində əməliyyatlara başlayıb. ABŞ-ın “Arleigh Burke” sinfinə aid raket esminesi “USS Porter” NATO müttəfiqləri və regiondakı tərəfdaşları ilə qarşılıqlı əlaqədə olmaq üçün Qara dənizə tranzit etməyə başlayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Porter” esminesi, təchizat gəmisi “Con Lenthall” və “Mount Whitney” komanda gəmisi hazırda Qara dənizdədir.
İctimairey.az