Bir çox ölkə Azərbaycan torpaqlarının işğal altında qalmasına ikili standartlardan yanaşırdı

0

Azərbaycanın 20 faiz ərazisinin uzun illər işğal altında olmasına baxmayaraq, bir çox ölkə bu məsələyə ikili standartlardan yanaşırdı.

Bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində İsveç Azərbaycanlıları Koordinasiya Şurası idarə heyətinin sədri və İsveç Yönköpinq Regional Parlamentinin deputatı İradə Əliyeva Söderberq söyləyib.
Ölkəmizə qarşı müşahidə olunan ikili standartlardan danışan İradə Əliyeva Söderberq deyib ki, həmin ölkələr Azərbaycanın hüquqi maraqlarını müdafiə etməli, işğal olunmuş ərazilərin azad olunmasına dəstək çıxmalı, 30 ilə yaxın məcburi köçkün olan bir milyondan çox azərbaycanlının öz yurdlarına qayıdıb sülh şəraitində yaşamasına dəstək olmalı idilər.

Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin tarixi hadisə olduğunu vurğulayan İradə Əliyeva Söderberq bildirib ki, torpaqların hər qarışının qəhrəman əsgərlərin qanı-canı bahasına düşməndən azad edilməsi Azərbaycan xalqının qüdrətini dünyaya göstərdi.

Rauf Əliyev

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »