Dövlət Xidmətinin general rəis müavininin işdən çıxarılmasının səbəbi açıqlandı

0

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Şahvələd Əliyevin vəzifəsindən azad edilməsinin səbəbini açıqlanıb.

Dövlət Xidmətindən bildirilib ki, o, səhhəti ilə əlaqədar həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini-Maliyyə və maddi-texniki təminat baş idarəsinin rəisi vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl işdən çıxarılıb.

Həmin vəzifəyə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsində çalışmış Habil Nağıyev təyin edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »