Baş Prokurorluğunun xəbərdarlığı: Əleyhinə ifadə vermiş şahidləri dindirmə hüququ

0

Avropa Məhkəməsi Doorsonun işi üzrə öz qərarında (§ 69) göstərmişdir ki, ittiham hökmünün əsaslandırılması üçün anonim şahidlərin ifadələrindən istifadə olunması heç bir halda Konvensiyaya uyğun deyil. Məhkəmə bu qərarda aşağıdakıları qeyd etmişdir:

“6-cı maddə şahidlərin maraqlarını nəzərə almaq tələbini xüsusi olaraq irəli sürmür. Fəqət, insanın həyatı, azadlığı və təhlükəsizliyi təhlükə altına düşən zaman, ümumi qaydaya görə, məsələ Konvensiyanın 8-ci maddəsinin əhatə dairəsinə düşür.

Şahidlər və qurbanların bu cür maraqları, prinsipcə, Konvensiyanın digər maddələri ilə qorunur, onlara əsasən, Razılaşan Dövlətlər cinayət işləri üzrə öz mühakimə icraatını elə təşkil etməlidirlər ki, bu maraqlar təhlükə altında olmasın.
Belə hallarda ədalətli məhkəmə araşdırmasının prinsipləri, həmçinin tələb edir ki, müvafiq hallarda müdafiənin maraqları, ifadə vermək üçün məhkəməyə çağırılmış şahidlərin və ya qurbanların maraqları ilə ölçülsün” (§ 72).

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »