Sumqayıt şəhərində ümumi sahəsi 500 m² olan ikimərtəbəli mebel mağazasının 2-ci mərtəbəsində döşəmə 20 m² sahədə və 2 ədəd yataq mebel dəsti 50 m² sahədə yanıb.
İctimairey.az-a FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb. Mağazanın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.
İctimairey.az
Comments are closed.