Paşinyan Qarabağ müharibəsində məğlubiyyətin səbəblərini açıqlayıb

0

İctimairey.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində Artsaxda 44 günlük müharibədə məğlubiyyətə səbəb olan səhvləri açıqlayıb.

“Müharibədə məğlubiyyətimizlə bağlı 1000-dən çox cinayət işi başlanıb. Hazırda 40-a yaxın təqsirləndirilən şəxs var, 10-a yaxını həbs olunub. Düşünürəm ki, məhkəməyə veriləcək işlər hələ birməyib. Amma bu, sadəcə olaraq, cinayət işinin, Aysberqin görünən hissəsidir. Ordu quruculuğu sahəsində fundamental problemlərimiz var idi. Və onlar ümumidir. Ordu uzun illərdir toxunulmaz qalmışdı. Qanunsuz buraxılışlar, sui-istifadələr barədə siqnallar var idi, lakin adətən onların müəllifləri qeyri-konstruktiv hesab olunurdu”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, döyüş meydanında ordunun hərəkətləri əvvəlcədən müəyyən edilməyib və edilsə də yüksək səviyyədə, peşəkarcasına olmayıb.

“Etiraf etməliyik ki, biz ordu quruculuğu prosesini elə bir uğursuzluğa düçar etmişik ki, o, Ermənistanın üzləşdiyi çağırışlara güclə də olsa, tab gətirməli idi”, – deyə Paşinyan Ermənistan və Azərbaycanın müdafiəsi üçün büdcədən ayrılan vəsaitləri müqayisə etməyə də diqqət ayırmağı qeyd edib.

Paşinyan səfərbərlik resursu ilə işin lazımi səviyyədə aparılmadığını da qeyd edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »