İran noyabrın 29-da Vyanada nüvə sazişinə qayıtması ilə bağlı danışıqları davam etdirəcək

0

Bu barədə İran xarici işlər nazirinin müavini Əli Baqiri çərşənbə günü Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə Birgə Komissiyanın koordinatoru Enrike Moroi ilə telefon danışığından sonra, özünün Twitter səhifəsində yazıb.

Rusiyanın Vyanadakı daimi nümayəndəsi Mixail Ulyanov Twitter səhifəsində bu qərarı şərh edərək bildirib ki, danışıqlar “ABŞ sanksiyalarının ləğvi və İranın JCPOA müddəalarının tam icrasına qayıtması üçün zəmin yaradır”.

Xatırladaq ki, bu ilin aprel ayından iyun ayına kimi İran və beynəlxalq “beşlik” (Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransa) Vyanada nüvə sazişini ilkin formada bərpa etmək üçün altı raund danışıqlar aparıb. Tərəflər Amerikanın İslam Respublikasına qarşı sanksiyalarının ləğvi, nüvə sahəsində öhdəliklərinin yerinə yetirilməsi və ABŞ-ın razılaşmalara qayıtmasını müzakirə edirlər.

Daha sonra danışıqlar dayandırılıb və İran rəsmiləri Tehranın avqustun əvvəlində İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimindən və yeni hökumətin qurulmasından sonra danışıqları davam etdirməyə hazır olacağını bildiriblər.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »