Həkim COVID-19 olan xəstədə mənfi PZR testininin nəticəsini açıqladı

0

COVID-19 ilə əvvəl xəstələnmiş xəstədə koronavirus PZR testinin mənfi nəticəsi, əksər hallarda, onun artıq yoluxucu olmadığını göstərir.

İctimairey.az bu barədə G.N. Qabriçevski Rospotrebnadzor adına Elmi-Tədqiqat İnstitutunun direktoru, tibb elmləri doktoru Tatyana Ruzhentsova 4 noyabrda RİA Novostiyə verdiyi müsahibəsində bildirirb.

Ruzhentsova izah edib ki, hazırda istifadə olunan test sistemləri yüksək həssaslığa malikdir və bu, yalançı mənfi test nəticələri riskini minimuma endirir. O vurğulayıb ki, yaxma götürülmə qaydaları, nümunənin daşınması və ya prosedurdan əvvəl boğazın və burnun yuyulması şərtləri pozulduğu təqdirdə yanlış nəticə riski qalır.

“Əksər hallarda, PZR diaqnostikasının mənfi nəticəsi xəstənin artıq yoluxucu olmadığını göstərir” – həkim bidirib.

O əlavə edib ki, sətəlcəm və ya digər orqan zədələnməsi olan xəstələrdə yaxma ilə aşkar edilə bilməyən koronavirus davam edə bilər. Amma belə xəstələr adətən xəstəxanada müalicə olunurlar.

İctimairey.az

 31 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »