Rusiya sülhməramlıları Laçın dəhlizi ilə mindən çox texnikanın keçməsini təmin ediblər

0

Rusiya sülhməramlı kontingentinin hərbçiləri bir ay ərzində 1000-ə yaxın tranzit maşınının Laçın dəhlizi ilə Dağlıq Qarabağa və geriyə təhlükəsiz keçidini təmin ediblər. Eyni zamanda bu marşrutlar üzrə 6,8 minə yaxın insan hərəkət edib. Bu barədə çərşənbə günü “mavi dəbilqəlilər”in nümayəndəsi Dmitri Emelyanov məlumat verib.

“Hərbi qulluqçular öz məsuliyyət zonalarında sutka ərzində atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Rusiya sülhməramlıları da keçid məntəqələrindən tranzit nəqliyyat vasitələrinin təhlükəsiz keçməsini təmin edirlər. Mümkün təxribatların qarşısını almaq üçün, bütün nəqliyyat vasitələri texniki baxışdan keçirilir və lazım gəldikdə axtarış aparılır”, – zabit bildirib.

RF Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı bütün müşahidə məntəqələri müasir xarici videomüşahidə günbəz kameraları, LED proyektorlar və fasiləsiz enerji təchizatı ilə təchiz olunub. Əsgər və zabitlərin özlərinin təhlükəsizliyi üçün, onlara “Ratnik” döyüş texnikası verilib.
Xatırladaq ki, Rusiya sülhməramlı qüvvələrinin 27 müşahidə məntəqəsi Laçın dəhlizində və Dağlıq Qarabağın bütün demarkasiya xətti boyunca yerləşir. Hərbçilərimiz vəziyyətin gecə-gündüz monitorinqini aparır, bölgədə atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »