Gürcüstanın müdafiə naziri Erməni Soyqırımı Memorial Kompleksini yad edib

0

Noyabrın 3-də Ermənistanda iki günlük rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladzenin başçılıq etdiyi nümayəndə heyəti Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Arayik Arutyunyanın müşayiəti ilə “Erməni Soyqırımı Memorialını” ziyarət edib.

“Armenpress” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb və qeyd edib ki, Gürcüstanın müdafiə naziri “erməni soyqırımı”nın şəhidlərinin xatirəsini ehtiramla yad edib.

Erməni Soyqırımı Muzey-İnstitutunda nümayəndə heyətinə abidənin tikilmə tarixi və abidənin rəmzləri təqdim olunub.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »