Bu avtomobillərin aksiz vergisi qaldırılır

0
İri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləğinin artırılması təklif edilir.
Bu barədə Vergi Məcəlləsinə dəyişiklikdə bildirilir.
Dəyişiklik aşağıdakı kimi təklif edilir:
– mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 15 manat ( əvvəl 13 manat idi) . Burada 4000 kubsantimetrədək olduqda 5600 manat məbləği dəyişməz olaraq qalır.
– mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 20 600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 40 manat. (Hazırda bu məbləğ 18600 manat + hər kubsantimetrə görə 35 manatdır)
– mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 60 600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 80 manat  ( hazırda bu məbləğ 53 600 manat + hər kubsantimetrə görə 70 manatdır).
Qeyd edək ki, layihəyə təklif edilən dəyişikliklər parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »