Braziliyalı arı sürüsündən qaçsa da, piranilər tərəfindən yeyildi (FOTO)

0

Zooloqlar iddia edirlər ki, pirananın insanlara hücumu nadir hallarda baş verir.

Bu gün səhər çağlarında Braziliyanın şərqində yerləşən Minas-Jerais ştatının gölündə faciəli hadisə baş verib: arı sürüsündən xilas olmağa çalışan kişi suya atılıb və həmən piranilər tərəfindən yeyilib. Tezliklə onun piranhalar tərəfindən yeyilmiş cəsədi sahil yaxınlığında tapılıb.

Hadisə belə olub: Üç kişi göldə balıq tutarkən suyun üstündə qəzəbli arı sürüsü peyda olub və onlara hücum edib. Dişləmələrdən xilas olmağa çalışan balıqçılar suya tullanıb və onlardan biri dərhal batmağa başlayıb. Təəssüf ki, kişilər yoldaşını xilas edə bilməyiblər.
Mərhumun cəsədini tapa bilmədiklərinə çarəsiz qalan dostlar təcili yardım çağırıb.

Meyidi sudan çıxaranda məlum olub ki, mərhumu balıqlar çox yeyib. Yerli sakinlərin sorğu-sualları ehtimalı təsdiqləyibdi – göl piranhalarla doludur.

Bu dəhşətli, lakin olduqca boş yerə baş verən dəhşətli ölüm hadisəsi birinci deyil: 2003-cü ildə Amazona ekskursiyaya çıxan amerikalı turist oxşar şəkildə ölüb, 2017-ci ildə isə, bərə sahibi arılardan gizlənməyə çalışıb və o da piranilərin qurbanı olub. İnsanlar dəfələrcə bu cür dəhşətli ölümlə üzləşiblər.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »