VİRTUAL ALƏMDƏ QARŞILIQLI TƏSİRİMİZ. DOSTLARDAN UZAQMI QALIRIQ?

0

Həyatda hamımız dostluğa, sevgiyə, qonşuluğa və bu kimi ali hislərə, dəyərlərə ehtiyac duyuruq.

Virtualdada hamımızın sevinc, kədər, narahatlıq və uğurlarımızı bölüşə biləcəyəyimiz insanlara, dostlara ehtiyacımız var.

Bu həm də virtuallığın fəsəfəsidir. Virtuallığ çox uzağı belə yaxın edir. Bu qarşılıqlı təsir bizə ən dərin səviyyələrdə toxunur və bizi zənginləşdirir. Amma, çox vaxt qarşılıqlı münasibətləri daha mənalı etmək uçun, bir-birimizə əl uzatmaq istəmədən və ya buna qadir olmadan dostlardan uzaq qalırıq. İnsanların qarşılıqlı münasibətlərində, bu kimi vacib yanaşmalara və böyük istəyə, kimin ehtiyaçı yoxdur?! Bunu arzulayaraq, biz bir-birimizə daha güclü olmağımıza kömək edəcək, daimi dəstək mənbəyi ola bilərik. Bir-birimizin paylaşımları ilə necə zənginləşə və dəstək ola biləcəyimizi anlamağımız vacibdir. Bu daha anlamlı qarşılıqlı münasibətlərə gedən yolda dönüş nöqtəsi ola bilər.

Görürük ki, səmimi münasibətlərimizə dostlar da eyni şəkildə cavab verir və bizi olduğumuz kimi qəbul edir. Dəymə-düşərliyin əvəzinə bizdə heç vaxt olmayan hislər peyda olur: səmimiyyət, gümrahlıq və oyanış hissi. Eynən həyatdakı kimi. Bu baş verəndə istənilən qarşlıqlı münasibət daha mənalı, əhəmiyyətli və daha böyük işlər üçün motivasiya olur. Əgər insanlarla məhz diqqətli şəkildə davransaq, onlarla münasibətimiz daha mənalı olar və hətta, hansısa təsədüfi xoş ünsiyyətlə belə, həm özümüzdə, həm də başqa insanlarda yeni insani keyfiyyətlərin oyanışına səbəb olarıq. Biz başqalarına kömək etmək, sevmək və bir-birimizlə paylaşmaq kimi qabiliyyətlərə sahibik və vacib olan, yalnız bunu istəməkdir. Daha nə arzulamaq olar ki?

Yaşar Nəzərov İqtisadçı

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »