Su-75 Checkmate qırıcısı ilk dəfə Dubayda təqdim olunacaq – FOTO

0

Birləşmiş Təyyarə Korporasiyasına daxil olan, Sukhoi şirkəti tərəfindən hazırlanmış, beşinci nəsil yüngül çoxməqsədli Sukhoi Su-75 Checkmate qırıcısının ilk dəfə noyabrın ortalarında beynəlxalq aviasiya sərgisində təqdim edilməsi planlaşdırılır.

İctimairey.az TASS xəbər agentliyinə istinadən bildirir ki, “Rostec ilk dəfə olaraq, “Dubai Airshow 2021” beynəlxalq aviaşousunda beşinci nəsil “Checkmate” (“Chemate”) rusiyanın yeni təkmühərrikli qırıcısını təqdim edəcək”.

Qeyd edək ki, “Dubai Airshov” iki ildən bir Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilir. Bu ilki sərgi noyabrın 14-dən 18-dək baş tutacaq.

Peruda keçirilən SITDEF-2021 Beynəlxalq Müdafiə Texnologiyaları Salonunda “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyev Su-75 Checkmate qırıcısına potensial xarici müştərilər tərəfindən göstərilən yüksək maraq haqqında məlumat verib.

Rusiyanın yeni beşinci nəsil qırıcısı Sukhoi Su-75 Checkmate ilk növbədə ixrac üçün nəzərdə tutulub, çünki Rusiya ordusu təkmühərrikli döyüş təyyarələrinə az maraq göstərir. Dünyanın regionları arasında yeni təyyarələrin satışa çıxarılacağı ölkələr – Şimali Afrika, Yaxın Şərq, Cənubi və Cənub-Şərqi Asiya, eləcə də Cənubi Amerika olacaq. İlkin hesablamalara görə, yeni qırıcılar üçün sifarişlərin ümumi həcmi üç yüzə qədər arta bilər.

Su-75 prototipinin ilk uçuşu 2023-cü ildə, 2024 və 2025-ci illərdə baş tutacaq, pilot prototipin sınaqlarını və yeni prototip təyyarələrin istehsalını davam etdirəcək, 2026-cı ildə isə, yüngül döyüş təyyarələrinin sınaqlarının başa çatdırılması və ilk partiyanın istehsalı planlaşdırılır.

Yeni təyyarənin qiyməti 25-30 milyon dollar arasında dəyişəcək. Pilotlu tək yerlik qırıcı ilə yanaşı, yeni təyyarənin pilotsuz versiyasının, eləcə də iki yerlik döyüş hazırlığı versiyasının istehsalı planlaşdırılır.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »