Senator Rik Skott: ABŞ prezidenti Co Bayden ölkə üçün fəlakətdir – FOTO

0

ABŞ-ın respublikaçı senatoru Rik Skott ABŞ prezidenti Co Baydenin hərəkətlərini ölkə üçün fəlakət adlandırıb.

İctimairey.az xəbər verir ki, bu barədə Tayms məlumat yayıb. “Co Baydenin prezidentliyi ölkəmiz üçün əsl fəlakət oldu. Cəmi doqquz ay hakimiyyətdə olduğu müddətdə, o, həqiqətən amerikalı ailələrin maraqlarına cavab verən siyasət əvəzinə, radikal sosialist kursunu davam etdirərək, Amerikanı təhlükəli dərəcədə aşağı səviyyəyə çatdırdı”, – parlamentar deyib.

Siyasətçinin sözlərinə görə, üçüncü rübdə ABŞ-ın ÜDM-i (Ümumi daxili məhsul) “Bayden dövründə artan inflyasiyanın və təchizat zəncirində böhranın fonunda” aşağı düşüb. O qeyd edib ki, prezidentin bir sıra sahələrdə yanlış qərarları “demək olar ki, hər şeyin” bahalaşmasına səbəb olub.

“Co Baydenin dövründə amerikalılar artıq dolana bilmir. ABŞ-ın tam iqtisadi çöküşünə gəlməmişdən əvvəl prezidentin oyanıb qulaq asmasının vaxtıdır”, – Skott əlavə edib.

Bundan əvvəl keçmiş prezident Donald Tramp demişdi ki, Co Bayden ABŞ-da işləyən ailələrin vergi yükünü artırmaqla, “Çin dövləti qurmağa” çalışır.

İctimairey.az

 43 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »