Rusiyalı həkim koronavirus xəstələrinin vəziyyətinin ağır olduğunu göstərən əlamətə diqqət çəkib

0

Rusiyalı həkim immunoloq Vladislav Jemçuqov COVID-19 xəstələrinin vəziyyətinin ağır olduğunu göstərən əlamətə diqqət çəkib.

AZƏRTAC xəbər verir ki, həkim bədən hərarətinin aşağı düşməsinin xəstənin vəziyyətinin ağırlığına və dərhal xəstəxanaya yerləşdirilməsinin vacibliyinə dəlalət etdiyini bildirib.

V.Jemçuqov deyib ki, çox ağır koronovirus xəstələrinin hərarəti 36 dərəcə və daha aşağı olur. Bu, orqanizmin toksinlərlə mübarizə aparmağa qadir olmadığını və virusa immun cavab vermədiyini göstərir.

Mütəxəssis əlavə edib ki, bədən hərarətini elektron deyil, civəli termometrlə ölçmək daha yaxşıdır. Bədənin hərarətini 3 dəfə 5 dəqiqədən az olmayaraq ölçməklə daha dəqiq məlumat əldə etmək olar. Xəstənin rənginin ağarması, dodaqlarının göyərməsi və bu vəziyyətin aşağı hərarət və təzyiqlə müşahidə olunması pis əlamətdir.

Fəridə Abdullayeva

İctimairey.az

 33 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »