Özünü atmaq istədi, sonra fikrindən daşındı

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin pilləkən qəfəsindəki pəncərəyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb;
İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »