Özbəkistanda keçirilən prezident seçkilərində Şavkat Mirziyoyev 80,12 faiz səslə qalib gəlib
İctimairey.az xəbər verir ki, Özbəkistan MSK-nın sədri Zayniddin Nizamxodjayev Özbəkistanın hazırkı prezidenti Şavkat Mirziyoyevin dövlət başçısı seçkilərində qalib gəldiyini elan edib.
“Özbəkistan Respublikasının Mərkəzi Seçki Komissiyası Mirziyoyev Şavkat Miromonoviçin Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə seçilmiş hesab edilməsi barədə qərar qəbul edib. Bütün bülletenləri hesabladıqdan sonra o, səslərin 80,12 faizini qazanıb”, – deyə Nizami Xocayev bildirib.
Özbəkistanda prezident seçkiləri bazar günü, oktyabrın 24-də keçirilib. Seçkilərdə iştirak 80 faizi ötüb. Artıq Rusiya prezidenti Vladimir Putin, Belarus lideri Aleksandr Lukaşenko və Qazaxıstan rəhbəri Kasım-Jomart Tokayev Mirziyoyevi qələbə münasibətilə təbrik ediblər.
Şavkat Mirziyoyev 2016-cı ildə müstəqil Özbəkistanın birinci lideri İslam Kərimovun vəfatından sonra prezident olub. Kərimovun dövründə Mirziyoyev baş nazir idi.
İctimairey.az