Nəhəng kiberhücum: Xaricdən İranda yanacaqdoldurma məntəqələri şəbəkəsini sıradan çıxarıldı

0

İranın Kiberməkan üzrə Ali Şurasının katibi Əbülhəsən Firuzabadi bildirib ki, vəziyyət ekspertlərin təcili əməliyyatları sayəsində uğurla həll edilib.

“Hücum o qədər kütləvi idi ki, ölkədəki 4300 yanacaqdoldurma məntəqəsinin hamısının işini pozdu”, – Press TV çərşənbə günü onun sözlərindən sitat gətirib. Ola bilsin ki, bu hücum İran İslam Respublikasının dəmir yollarına edilən kiberhücum kimi xaricdən həyata keçirilib”.

İctimairey.az xəbər verir ki, Firuzabadinin sözlərinə görə, hadisə ilə bağlı araşdırmanın nəticələri 7-10 gün ərzində açıqlanacaq. O, həmçinin bildirib ki, kiberhücum avadanlıqlara heç bir ziyan vurmayıb, yalnız istehlakçılara xidmət göstərməyi dayandırıb. İranlı mütəxəssislər problemi tez bir zamanda həll edə biliblər.
“Kiberhücum zərərsizləşdirilsə də, bir çox çətinliklərə səbəb olub”, – deyə Firuzabadi bildirib. “Ümid edirik ki, bütün yanacaqdoldurma məntəqələri normal fəaliyyətə qayıdacaq”.

Milli Neft Məhsullarının Paylayıcı Şirkətinin rəsmisi Fatemi Kakhi bildirib ki, çərşənbə günü İran yanacaqdoldurma məntəqələrinin təxminən 80%-i normal fəaliyyətə qayıdıb, Çərşənbə axşamı ölkədə proqram təminatının işində yaranmış problemlə əlaqədar əhali üçün kvota sistemi üzrə yanacaqdoldurma məntəqələrində avtomobillər üçün yanacağın satışında fasilələr yaranıb.

Mütəxəssislər yanacağın subsidiyalaşdırılmış qiymətlərlə deyil, adi qiymətlərlə olsa da, əl ilə satışını qura biliblər.

İranda 2019-cu ilin noyabr ayından benzin və dizel yanacağına elan edilən qiymət artımı ilə əlaqədar olaraq, kvota əsasında yanacağın güzəştli qiymətlərlə satışı sistemi tətbiq edilib. Yanacaq saxtakarlığının və qaçaqmalçılığının qarşısını almaq üçün, litri 15 min İran riyalı (hazırkı bazar məzənnəsi ilə təxminən 0,05 dollar) qiymətinə benzin almaq hüququ verən yanacaq kartları tətbiq edilib. Kvota orta hesabla adambaşına ayda təxminən 60 litr təşkil edir, lakin müəyyən peşələrin nümayəndələri üçün artırıla bilər. Yanacaq kartı olmadan benzinin qiyməti litri 30 min İran riyalı (təxminən 0,1 dollar) təşkil edir.

İran prezidenti sistemə kiberhücumdan sonra, Tehranın mərkəzindəki yanacaqdoldurma məntəqəsinə baş çəkib

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »