Türkiyə Cümhuriyətinin 98-ci quruluş ildönümü Quzey Kıbrıs Türk Cümhuriyətində də müxtəlif tədbirlərlə qeyd olunacaq.
Bu barədə Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, 29 oktyabr Cümhuriyyət Bayramı törənlərinə Türkiyənin KKTC-dəki səfiri Ali Murat Başçerinin BRT-dəki çıxışı və 21 top atışı ilə start veriləcək.
Cümhuriyyət Bayramı paytaxt Lefkoşa ilə yanaşı, ölkənin bütün şəhərlərində də qeyd olunacaq. Bütün tədbir və mərasimlərdə koronavirus pandemiyası səbəbindən maska taxmaq və sosial məsafə saxlamaq şərt olacaq.