Ukrayna qoşunlarının bölmələri təmas xəttində yeni təxribatlar törətməklə, bütün mövcud razılaşmaları kobud şəkildə pozmaqda davam edir.
Belə ki, bu gün səhər saatlarında Ukrayna Silahlı Qüvvələri pilotsuz təyyarədən istifadə etməklə, Donetskdə neft bazasına hücum həyata keçirib.
İctimairey.az xəbər verir ki, bu barədə DXR-in (Avropada qəbul edilməyən respublika) Donbasda təhlükəsizlik üzrə Minsk alt qrupundakı nümayəndəsi Aleksey Nikonorov məlumat verib.
“Bu gün səhər saatlarında daha bir terror aktı törədilib. Ukrayna silahlı birləşmələri PUA-ların köməyi ilə Donetsk şəhərinin Kirovski rayonunda neft bazasını yenidən partlatmağa cəhd edib. Bağlanmış partlayıcı qurğu olan pilotsuz uçuş aparatı neft anbarının çənlərindən birinə düşüb, lakin dərhal partlamayıb”, – deyə o bildirib.
Nikonorov bildirib ki, PUA aşkar edildikdən sonra, hadisə ilə bağlı ATƏT SMM (ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyası) nümayəndələri operativ şəkildə məlumatlandırılıb.
“Lakin partlayıcı qurğunu zərərsizləşdirməyə çalışarkən müəyyən müddətə proqramlaşdırılmış detonatorun əyilmiş olması səbəbindən partlayış baş verib. Xoşbəxtlikdən, VFU-nun bu təcavüz aktının məqsədi olan qurbanların və genişmiqyaslı nəticələrin qarşısı alındı “- deyə DXR nümayəndəsi əlavə etdi.
Donetsk administrasiyasının rəhbəri Aleksey Kulemzinin sözlərinə görə, pilotsuz təyyarə saat 9:09-da aşkar edilib və təxminən saat 10:50-də özünü məhv edib. Xüsusi təyinatlılar hadisə yerində işlərini davam etdirir.
DXR-də Kiyevin hərəkətləri “mülki infrastruktura və respublikanın mülki əhalisinə qarşı yönəlmiş məqsədyönlü terror kampaniyası” kimi qiymətləndirilib və həmçinin ATƏT-i PUA-dan istifadə faktını qeydə almağa və bunu operativ şəkildə hesabatlarda əks etdirməyə çağırıb.
Xatırladaq ki, bu il sentyabrın 11-də Ukrayna hərbçiləri PUA-lardan istifadə edərək, Donetskin əhalinin sıx məskunlaşdığı Kirovski rayonundakı neft anbarına partlayıcı qurğu atıb, nəticədə 1300 ton yanacaq məhv edilib.
İctimairey.az