Prezident Əliyev və Prezident Ərdoğan qardaşlığı hər iki dövlətin dayağıdır

0

Prezident Ərdoğanın 10 ölkənin səfirlərinin Osman Kavalanı azad etmək çağırışına reaksiyası Azərbaycan prezidenti Əliyev tərəfindən yüksək qiymətləndirilib. Əliyev, “Türkiyənin daxili işlərinə qarışmaq istəyənlərə öz qardaşım cavab verdi, bu, bütün siyasətçilərə nümunədir.” dedi.

Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev birgə mətbuat konfransı keçiriblər. Burada çıxış edən Prezident Əliyev Prezident Ərdoğanın ABŞ, Almaniya, Fransa, Kanada, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka və Yeni Zelandiya səfirlərinin “Osman Kavala dərhal sərbəst buraxılmalıdır” çağırışına münasibətini bildirib: -“Türkiyəni tanıyacaq, anlayacaq və biləcəklər. Türkiyəni bilmədikləri və anlamadıqları gün buranı tərk edəcəklər”.

Türk mediyası yazır:

Erdoğan’ın gösterdiği duruşu öve öve bitiremeyen Aliyev, “Öz kardeşim Türkiye iç işlerine müdahale etmek isteyenlere öyle cevap verdi ki, bu bütün siyasetçiler için örnektir. Öz halkını, devletini, halkının çıkarlarını, gururunu koruyan ve savunan lider bugün Azerbaycan’dadır. Bütün Türk dünyası için Erdoğan en önemli faktörlerden biridir.” ifadelerini kullandı.

“AZƏRBAYCANA DƏSTƏK OLMAĞA DAVAM EDƏCƏYİK”

Prezident Ərdoğan çıxışında qeyd etdi ki, – “4,5 aylıq fasilədən sonra bu gözəl bölgədə Füzulidən sonra, Zenginhanda olmaqdan çox məmnunam. Xoş dəvətinə görə, Əliyevə təşəkkür etmək istəyirəm. Bugünkü səfərlərimizlə işğaldan azad olunan rayonların qısa zaman içində necə qurulduğunu, inkişaf ediyini gördük. Bu böyük işləri görmək hər siyasətçinin işi deyil. Çünki, qoyub getdikləri torpaqlara azəri qardaşlarımın ən qısa zamanda daha gözəl şəkildə inşa edilən yerlərə qayıtmaq imkanı olacaq. Qarşımızdakı binaya baxırıq, o ilkin, tarixi tikililəri ilə eyni tikililərlə tikilib. Füzuliyə, Şuşaya, gələcəkdə də Naxçıvanda çəkiləcək yollarda davam edən işləri gördük. Füzulidə dediyim kimi, qısa zamanda yenidən qurulan məsafə həm Azərbaycan, həm də regionumuz üçün ümidvericidir. Azərbaycan dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin inkişafı istiqamətində səylərini davam etdirir… Türkiyə olaraq, bu işlərdə üzərimizə düşəni etməyə və qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmağa davam edəcəyik. Qardaşımla görüşlərimdə ikitərəfli münasibətlərimizi və regional vəziyyəti müzakirə etdik.

GÜN GƏLƏCƏK ZƏNGƏZURDAN ÇIXIB İSTANBULA GEDƏCƏYİK”

Hörmətli Ərdoğan əlavə etdi ki, hər şeydən əvvəl Şuşa bəyannaməsi ilə münasibətlərimizi necə inkişaf etdirə biləcəyimizi danışdıq. Azərbaycan öz şanlı qələbəsi ilə regionun real imkanlarının reallaşmasına mane olan şeylərə son qoydu. Davamlı sülhə nail olmaq və istənilən normallaşmaya doğru irəliləmək üçün mühit əlverişlidir. Yeni vəziyyətə uyğun hərəkət etmək lazımdır. Biz regionda davamlı sülhün və normallaşmanın tərəfdarıyıq. Bir gün Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik. Və regionun tranzit logistika mərkəzi kimi mövqeyi gücləndiriləcək. Bu layihənin inkişafından İran, Gürcüstan və Ermənistan da faydalanacaq. Bu məsələlərdə Ermənistan Azərbaycanla problemlərinin həllində səmimi iradə nümayiş etdirməlidir. Əgər səmimi iradə ortaya qoysa, Türkiyənin Ermənistanla normallaşması qarşısında heç bir maneə olmayacaq. Dünyanın bu gözəl məkanında sülh içində yaşamaq üçün, parlaq gələcək çox mümkündür. Səfərim zamanı mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə qardaşım Əliyevə və qardaş Azərbaycan xalqına təşəkkürümü bildirirəm”.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »