“PMD Group” MMC tərəfindən davamlı həyata keçirilən Korporativ Sosial Məsuliyyət tədbirləri çərçivəsində əsas istiqamətlərindən biri də ölkəmizdə idman sahəsinin daha da inkişafına kömək etmək və insanlar arasında sağlam həyat tərzini dəstəkləməkdir.
Bu mənada, Triterra Bakı Triatlon Klubu tərəfindən 10 oktyabr tarixində Pirallahı adasında təşkil olunan və Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Triatlon Federasiyasının dəstəyi ilə keçirilmiş IronWinD triatlon yarışına baş sponsorluq etməkdən məmnunluq duyuruq.
İlk dəfə təşkil olunan IronWinD yarışında həm fərdi, həm də komanda olaraq 60-a yaxın idmançı iştirak etmişdir. Olimpiya məsafəsinə yarışan idmançıların qarşısında 1,5 km suda üzmək, sonra velosipedlə 40 km məsafəni qət etmək, sonuncu mərhələdə isə 10 km qaçmaq kimi hədəflər qoyulmuşdur. Yarış haqqında daha ətraflı aşağıdakı videoda tanış ola bilərsiniz:
İctimairey.az